AZ

İtlər sahibini parçalayaraq öldürdü

Bakıda it öz sahibini parçalayaraq öldürüb.

“Qafqazinfo” “Lent.az”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Ə.Y-nin saxladığı "Alabay" cinsli itlər ona hücum edib.

Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə Ə.Y biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

Seçilən
47
40
qafqazinfo.az

10Mənbələr