AZ

Startap və sahibkarların 79 layihəsinin icrasına 1,4 milyon manat ayrılıb

Hər il Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində startaplar və sahibkarların innovasiya, texnologiya və rəqəmsallaşma sahəsində layihələrinə maliyyə dəstəyi göstərilir.

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Caspian Innovation” Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bugünədək keçirilən qrant müsabiqələri nəticəsində startap və sahibkarların ümumilikdə 79 layihəsinin icrasına 1,4 milyon manat maliyyə vəsaiti ayrılıb.

“Qrant müsabiqəsi sahibkarlara həm maliyyə dəstəyi, həm də təcrübə və şəbəkə qurmaq üçün imkanlar yaradır. Qalib olan layihələr sonrakı mərhələdə digər maliyyə qurumlarından qrantlar və investisiyalar əldə edə bilirlər”, - Orxan Məmmədov bildirib.

Seçilən
81
vergiler.az

1Mənbələr