AZ

Saxta spirtli içkilər fəlakətə çevrildi - 17 nəfər öldü

İstanbulda saxta spirtli içkidən zəhərlənərək, dünyasını dəyişənlərin sayı 17-yə yüksəlib. 

Azreform.info news24.az-a istinadən xəbər verir ki, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. 

Son 5 gündə  saxta spirtli içkidən zəhərlənərək, xəstəxanalara 46 nəfər müraciət edib. Onlardan 17 nəfər dünyasını dəyişib, 22 nəfərin müalicəsi davam edir, 7 nəfər isə evə buraxılıb.

Saxta spirtli içki satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri davam edir. Bu günə qədər əməliyyatlar zamanı ümumilikdə 19 şübhəli saxlanılıb.

Seçilən
59
32
azreform.info

10Mənbələr