AZ

Britaniya Baş Qərargah rəisi Radakin: NATO-nun çəkindirmə strategiyası işləyir

Britaniya Baş Qərargah rəisi Radakin: NATO-nun çəkindirmə strategiyası işləyir

İngiltərə Baş Qərargah rəisi admiral Toni Radakin Rusiyanın Britaniya və NATO üzvlərinə hücum etmə ehtimalının uzaq olduğunu ifadə edərək, "Rusiya cavabın nə qədər böyük olacağını bilir, istər adi, istərsə də nüvə. NATO-nun çəkindirmə strategiyası işləyir" deyib.Radakin Kral Silahlı Qüvvələri İnstitutunun (RUSI) illik toplantısında müdafiə və təhlükəsizlik sahəsində açıqlamalar verib.Şimali Koreya əsgərlərinin Rusiya tərəfində Ukrayna sərhədinə gətirilməsini bu ilin ən gözlənilməz hadisəsi kimi göstərən Radakin, Rusiya-Şimali Koreya əməkdaşlığının Moskva ilə Pxenyan arasında daha çox texnologiya və təcrübə ticarətinə səbəb ola biləcəyini bildirib.Toni Radakin dünyada baş verən proseslərə baxmayaraq İngiltərənin ekzistensial təhlükə ilə üzləşmədiyini izah edib. Radakin əksər əsgərlərin karyeralarında gördüklərindən daha təhlükəli bir dövr olduğuna da diqqət çəkib.Radakin İran, Şimali Koreya, Rusiya və Çinin nüvə sahəsində atdığı addımları qlobal təhlükə kimi qiymətləndirib və ABŞ və Böyük Britaniya kimi ölkələrin müttəfiqlərinin təhlükəsizliyi üçün nüvə gücündən istifadə etməyə hazır olduqlarını vurğulayıb.Rusiyanın İngiltərə və NATO üzvlərinə hücum etmə ehtimalının çox uzaq olduğunu vurğulayan Radakin, "Rusiya istər adi, istərsə də nüvə olsun, alacağı cavabın nə qədər sarsıdıcı olacağını bilir. NATO-nun çəkindirmə strategiyası işə yarayır. Bununla belə, təhlükəli Rusiyaya qarşı güclü olmağa davam edilməlidir” qiymətləndirməsini edib.

Seçilən
52
13
afn.az

10Mənbələr