Ötən gecə Çinin Quandun əyalətində dəmir yolu tikintisinin zəmininin çökməsi nəticəsində 13 işçi itkin düşüb.
Sincan şəhərinin Baoan rayonunun Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, Sincan-Syanmin dəmir yolu tikintisinin 5 saylı tikinti sahəsində çökmə baş verib.
Bildirilib ki, ərazidə işləyən 13 işçi çökən hissədə qapalı qalıb və onlarla əlaqə kəsilib.
Bölgəyə xilasetmə qrupları göndərilib, axtarış-xilasetmə işləri davam edir.