UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.
Sportinfo.az xəbər verir ki, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya - Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.
Qurum buna görə 4875 avro ziyana düşüb.
Oktyabrın 11-də Tallin şəhərində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.