Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı AleksanderFazel ilə görüşüb.
Trend xəbərverir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.
Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya,enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrindəəməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb.
Ceyhun Bayramov həmkarına COP29-un yekunları, eləcə dəAzərbaycan Sədrliyinin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəgələcək səyləri barədə məlumat verib.
Görüş zamanı münaqişədən sonra regional yenidənqurma və sülhgündəliyi də müzakirə edilib.
Qeyd edək ki, tərəflər Maltada Avropada Təhlükəsizlik vəƏməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının31-ci iclası çərçivəsində bir araya gəliblər.
Xəbər yenilənəcək