AZ

Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı Aleksandr Fasel ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin rəsmi “X” hesabında məlumat paylaşılıb.
 

Məlumata görə, tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.


Onlar iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi barədə danışılıb.







Bizim.Media

Seçilən
28
10
bizim.media

10Mənbələr