AZ

Bakı üzrə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 28 242,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16 008,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12 233,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Seçilən
38
8
vergiler.az

10Mənbələr