AZ

Naxçıvanda özəlləşdirmədən daxilolmalarda 40 faizədək artım var

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında özəlləşdirmədən cəmi daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz artaraq 2,6 milyon manat təşkil edib, muxtar respublika büdcəsinə və xüsusi vəsait hesabına daxilolmalar isə 40 faiz artıb.

Bu barədə Naxçıvanda “Dövlət-Biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə çıxış edərkən muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, hesabat dövründə keçirilən hərrac və müsabiqələr hesabına daxilolmalar 2 dəfə, dövlət əmlakının icarəsindən isə daxilolmalar 55,4 faiz artıb. 2024-cü ilin 11 ayı ərzində 210 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz çoxdur.

“Həmçinin, cari ilin mart ayından dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanılıb. 406 dövlət müəssisə və təşkilatın balansında olan 4808 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib. 2024-cü ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın dövlət qeydiyyatı 3,8 faiz, hazırlanmış texniki sənədlərin sayı isə 4,2 faiz artıb. Cari ilin 11 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən daxilolmalar 14,6 faiz, dövlət rüsumu isə 12,4 faiz artıb", - Abbas İsmayılov əlavə edib.

Seçilən
28
1
vergiler.az

2Mənbələr