AZ

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov Malta Respublikasının paytaxtı Valetta şəhərindəAzərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxışedib.

XİN-dən Trend-əbildirilib ki, çıxış zamanı nazir Ceyhun Bayramov ölkəmizin BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ölkəmizin enerjitəhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrətəşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədədanışıb.

Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri iləmübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.Bir sıra onlarla təşəbbüs və əhəmiyyətli tədbirlər ilə yanaşı,COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfəüstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədininqəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrədanışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbətiildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ənəhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.

İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalqtərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışannazir, bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrintəşəbbüslərə qoşulduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyiçərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyininmüxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərəvurğu edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsialtında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq,COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi iləmübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin bərpaolunan külək, su,günəş enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə buistiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib. Yaşılenerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan, Qazaxıstan,Özbəkistan arasında, Avropa İttifaqı, habelə Gürcüstan, Rumıniya,Macarıstanla imzalanmış strateji tərəfdaşlıqlar və layihələrin,Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birgətəşəbbüslərin, Xəzər və Qara dəniz hövzələrini birləşdirəcək yaşılenerji dəhlizi kimi layihələrin əhəmiyyəti vurğulanıb.

Orta Dəhlizin inkişafı, Azərbaycan vasitəsilə keçən əmtəələrinhəcminin artımından bəhs edən nazir Ceyhun Bayramov, nəqliyyat vəkommunikasiyalar sahəsində imkanlardan istifadənin vacibliyini qeydedib.

Nazir ATƏT Nazirlər Şurası çərçivəsində aparılmış müzakirələr,təşkilat çərçivəsində mövcud problemlər və perspektivlərdəndanışıb.

Nazir Ceyhun Bayramov, o cümlədən tədbir iştirakçılarınıpostmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azadolunmuş ərazilərdə aparılan genişiqyaslı bərpa və quruculuq işləri,mina təhdidi ilə mübarizə səyləri, itkin düşmüş şəxslərin taleyininmüəyyən olunması tədbirləri, habelə Azərbaycan-Ermənistannormallaşma prosesi barədə ətraflı məlumat verib.

Sülh müqaviləsinin layihəsi, o cümlədən delimitasiya prosesiüzrə əldə olunan irəliləyişlərə baxmayaraq, ErmənistanKonstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davametdirilməsinin sülh gündəliyinə hədə törətdiyi bildirilib.

Daha sonra xarici işlər naziri Ceyhun Bayramov tədbiriştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Seçilən
41
14
az.trend.az

9Mənbələr