AZ

Ağdamda yeni yaşayış binaları tikiləcək - 137 milyon manat xərclənəcək

Bakı. Trend:

Ağdam şəhərində 4 nömrəli yaşayış massivi üzrə çoxfunksiyalıorta mərtəbəli yaşayış binalarının tikintisi işləri həyatakeçiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Belə ki, yaşayış binalarının tikintisi qeyd olunan yaşayışmassivinin 1,2,3,4,5,6,7 və 8-ci məhəllələri üzrə aparılacaq.

Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqişəxsi hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin 4 nömrəli yaşayış massivinin 1 və 2-ciməhəllələri üzrə 42.479.710,84 AZN-ə (42 milyon 479 min 710 manat84 qəpik), 3 və 4-cü məhəllələri üzrə 21.863.890,11 AZN-ə (21milyon 863 min 890 manat 11 qəpik), 5 və 6-cı məhəllələri üzrə42.881.950,42 AZN-ə (42 milyon 881 min 950 manat 42 qəpik), 7 və8-ci məhəllələri üzrə isə 29.947.783,41 AZN-ə (29 milyon 947 min783 manat 41 qəpik) başa gələcəyini proqnozlaşdırıb.

Beləliklə, sözügedən ünvanlar üzrə çoxfunksiyalı orta mərtəbəliyaşayış binalarının tikintisi işlərinə qurum 137 milyon 173 min 334manat 78 qəpik vəsaitin sərf olunacağını ehtimal edir.

Məqalədə:
Seçilən
34
14
az.trend.az

10Mənbələr