AZ

Ağır yanıq xəsarətləri alan Şəlalənin anası: "Yaraları yenidən müalicə olunmalıdır"

Doqquz yaşlı Şəlalənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Nuranə Abdullayeva məlumat verib.

O bildirib ki, övladı fevralın 12-də ağır yanıq xəsarətləri alıb:

"Şəlalənin doqquz yaşı var. Fevral ayında onun üzərinə qaynar su tökülüb və ağır yanıq xəsarətləri alıb. Biz həmin dövrdə Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə alsaq da, əməliyyatlara imkanımız çatmadığı üçün etdirə bilmədik. Evə çıxdıq. İmkanımız olmadığı üçün də uşağın müalicələrini vaxtlı-vaxtında edə bilmədik".

Nuranə Abdullayeva bildirib ki, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var:

"Həkimlə danışmışıq, Şəlalənin yaraları irinlədiyi üçün qaşınmalıdır. Yaraların qaşınması və müalicənin ilkin mərhələsi üçün bizim 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı, övladımı bu ağrılardan xilas etməyi xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 872-36-92.

"Bank Respublika": 5235 2222 3594 3723.

Seçilən
91
2
hakimiyyet.az

10Mənbələr