Milli Məclisdə Murad Abenovla görüş olub -Foto
Dekabrın 7-də Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan
Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali və Parlament Məclisinin İqtisadi islahat və regional inkişaf komitəsinin üzvü Murad Abenov ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Söhbət zamanı Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, regional və qlobal məsələlərdə əməkdaşlığın gücləndirilməsi, habelə beynəlxalq platformalarda birgə fəaliyyətin inkişaf etdirilməsi perspektivləri ətraflı müzakirə olunub. Bununla yanaşı, tərəflər müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, siyasi və humanitar əlaqələrin möhkəmləndirilməsi yollarını da nəzərdən keçiriblər.
Görüşdə Milli Məclisin deputat Anar Məmmədov iştirak edib.