Bakı, TurkicWorld
Türkiyə - Azərbaycan dostluğu real gerçəkliyə çevrilib. Öz gücümüzü daha inamla dünyaya nümayiş etdirmək imkanı qazanmışıq.
TurkicWorld xəbər verir ki, bu barədə "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan dünya birliyində qüvvətli dövlətlər kimi tanınır.
"Bugünki tədbirdə dostluq və qardaşlığımızın bir ifadəsidir. Parlament sadəcə olaraq, qanunları qəbul etmək üçün deyil, eyni zamanda dövlətlər arasında əlaqələrin və münasibətlərin inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edir",- deyə o bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.