Suriya Müdafiə Nazirliyi Dəməşq və ətraf ərazilərdən hərbçilərin çıxarılması barədə məlumatları təkzib edib.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
"Dəməşqin bütün rayonlarında mövcud olan silahlı qüvvələrimizin bölmələrinin çıxarılması barədə heç bir məlumat həqiqətəuyğun deyil", - bəyanatda qeyd olunub.
Daha əvvəl KİV Suriya Silahlı Qüvvələrinin paytaxtdan çıxarılması barədə məlumat vermişdi.