AZ

PKK/YPG qaçdı: Mənbic azad edildi

Suriya Milli Ordusu (SMO) ABŞ-ın dəstəklədiyi bölücü terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Mənbic rayonunu azad edib.

Ulusal.az xəbər verir ki, əməliyyat çərçivəsində Mənbicin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini terrordan təmizləyən və qəsəbənin şimal və qərb xəttindən daxil olan SMO rayona nəzarəti ələ keçirib.

Beləliklə, hərbi müxaliflər Fərat çayının qərbindəki ən böyük terror yuvasını xilas ediblər.

Rayon ərazisində mina və tələlərə qarşı axtarış və yoxlama işləri aparılır.

Bu barədə Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa bildirib

Mustafa Suriya torpaqlarının azad edilməsini başa çatdırmağa, xalqın azadlıq və ləyaqət həsrətini reallaşdırmağa çağırıb.

Qeyd edək ki, dekabrın 1-də başlayan əməliyyatın ilk günündə Tel Rıfat rayon mərkəzi terror təşkilatı PKK/YPG-dən azad edilib.

PKK/YPG 2016-cı ilin may-avqust ayları arasında ABŞ-ın dəstəyi ilə başlatdığı hücum nəticəsində Mənbic rayonunu ələ keçirib.

ABŞ Türkiyəyə terror təşkilatı DEAŞ-dan təmizləndikdən sonra bölgəni PKK/YPG üzvlərinin rayonu tərk edəcəklərinə dair söz verib, lakin buna əməl etməyib.

Rusiya da 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatı zamanı Türkiyə ilə əldə etdiyi razılaşma ilə terror təşkilatını Mənbicdən çıxarmağı öhdəsinə götürdü və terrorçuların getdiyini açıqlasa da, digər tərəfdən təşkilatı tərk etmədi.

PKK/YPG-nin Suriya-İraq sərhədindən başlayaraq Suriyanın qərbində Aralıq dənizinə qədər uzanan terror dəhlizi açmaq planında Mənbic bölgəsi mərkəzi əhəmiyyət kəsb edirdi.

Türkiyə 2016-cı ilin avqustunda “Fərat qalxanı” əməliyyatı ilə Afrin-Tel Rıfat və Mənbic arasında birbaşa əlaqənin qurulması hazırlıqlarına zərbə vurmuşdu.

Seçilən
22
22
moderator.az

10Mənbələr