AZ

TƏCİLİ! Türkiyə Rəqqada ƏMƏLİYYATA BAŞLAYIR - PKK tam MƏHV EDİLƏCƏK!

Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) qüvvələri Suriyanın şimalında yerləşən və hazırda YPG (PKK-nın Suriya qolu) nəzarətində olan Rəqqa vilayətini azad etmək üçün əməliyyata hazırlaşır.

Musavat.com bildirir ki, bu barədə məlumatı hazırda Suriyada olan Haqqin.az reportyorları xəbər verib.

Məlumata görə, əməliyyat Türkiyə ilə koordinasiya çərçivəsində hazırlanır və YPG-nin bölgədəki fəaliyyətlərinin tamamilə dayandırılmasını hədəfləyir. Türkiyə mediası da əməliyyatın yaxın günlərdə başlanmasının mümkün olduğunu yazır.

Musavat.com bildirir ki, Türkiyə YPG-ni “terror təşkilatı” kimi tanıyır və bu qüvvələrin Fərat çayının şərqindən tamamilə sıxışdırılmasını strateji prioritet hesab edir. Ankara dəfələrlə bu bölgədə təhlükəsiz zona yaratmağı və qaçqınların öz evlərinə qayıtmasını təmin etməyi hədəflədiyini bəyan edib.

Hazırda Rəqqa vilayəti əsasən YPG-nin nəzarətindədir və burada ABŞ-ın da dolayısıyla dəstək verdiyi kürd qüvvələri yerləşir. Əgər əməliyyat başlayərsa, bu, Suriya ərazisində yeni gərginlik ocağına çevrilə bilər.

Türkiyə mediasının məlumatına görə, bölgədə hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi artıq intensivləşib və əməliyyat planları yekunlaşmaq üzrədir.

Mənbə: Haqqin.az, Türkiyə mediası

Musavat.com

Seçilən
17
1
musavat.com

10Mənbələr