Musavat.com ARB24 kanalında yayımlanan “Peşəkar mübahisə” verilişinin növbəti buraxılışını təqdim edir.
Aparıcı Çinarə Nurməmmədovanın moderatorluğu ilə yayımlanan proqramda “Yeni Müsavat Media Qrupu”nun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu və “Novaya Vremya” qəzetinin baş redaktoru, ekspert Şakir Ağayev arasında maraqlı müzakirələr aparılır.
Müzakirələrdə əsas mövzular Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Suriyada baş verən son hadisələr, Gürcüstandakı proseslər və bütün bu məsələlərin Azərbaycana təsirləri ətrafında cərəyan edir. Həmçinin, Rusiya-Ukrayna müharibəsinin final mərhələsində olub-olmaması və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının bu münaqişənin həllində oynaya biləcəyi rola dair maraqlı fikirlər səsləndirilir.
Verilişi izləmək üçün ARB24 telekanalının təqdim etdiyimiz Youtube linkini tıklayın.
Musavat.com