1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır, bu, ABŞ-nin müharibəsi deyil".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib.
"Suriyada qarışıqlıqdır, amma o bizim dostumuz deyil və ABŞ heç nə etməməlidir. Bu, bizim müharibəmiz deyil, biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik. Biz qarışmamalıyıq", - Tramp "Truth Social"da yazıb.
Trampın sözlərinə görə, yaraqlılar yaxşı koordinasiya edilmiş hücum nəticəsində bir neçə şəhəri ələ keçiriblər və Əsədi devirmək üçün böyük addım atmağa hazırlaşırlar.