AZ

Suriyanın baş naziri ölkədə azad seçkilərin keçirilməsinə çağırıb

Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Əl Ərəbiyyə televiziyasına müsahibəsində deyib ki, ölkədə “azad seçkilər keçirilməlidir”.

Bu barədə “İnterfaks” yazır.

Baş nazir həmçinin qeyd edib ki, keçid dövründə respublikanın idarə olunması məsələlərində hökumət əleyhinə qrupların rəhbərləri ilə əlaqə saxlayıb.

Bundan əlavə, o, Ərəb Respublikasında hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bəyan etdi.

Bundan əvvəl Suriyanın baş naziri ölkə hökumətinin silahlı müxalifət liderləri ilə danışıqlar apardığını bildirmişdi.

DOĞRU.AZ

Seçilən
49
dogru.az

1Mənbələr