AZ

"Rusiya Ukraynaya, İran İsrailə görə Suriyanı itirib" - Tramp

"Suriyada qarışıqlıqdır, amma bu, bizim savaş deyil, biz müdaxilə etmirik..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Suriya diktatoru Bəşər Əsəd rejiminin süqutunu şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Truth Sosial" sosial şəbəkəsində yazıb. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
 
"Əsəd getdi. O, ölkədən qaçdı. Onun müdafiəçisi olan Rusiya, Rusiya, Rusiya (mətndə üç dəfə təkrarlanır-red.) Vladimir Putinin rəhbərliyi altında ona dəstək göstərməkdə daha maraqlı deyil. Rusiyanın orada birinci yerdə olması üçün heç bir səbəbi olmayıb.
 
Onlar Ukraynada 600 min rus əsgərinin həlak olduğu və yaralandığı, başlamamalı və əbədi davam edə biləcək müharibə səbəbindən Suriyaya marağı itirib.
 
Rusiya və İran hazırda zəifləyib: Rusiya Ukraynaya və pis iqtisadiyyatına, İran isə İsrailə və onun uğurlu hərbi əməliyyatlarına görə belə alınıb", - Tramp yazıb.
 
Görsənir ki, Suriya hadisələri Ukraynada müharibənin dayandırılması zərurətini vurğulayan bir səbəbdir.
 
"Zelenski və Ukrayna sövdələşmə bağlamalı və bu ağılsızlığa son verməlidir. Onlar 400 min əsgərini və çoxsaylı mülki şəxslərini itirib. Dərhal atəş dayandırılmalı və danışıqlar başlanmalıdır.
 
Bu, davam etsə, nəsə daha böyük və daha pis şeylərə çevriləcək. Mən Vladimiri yaxşı tanıyıram. Onun hərəkətə keçməsinin zamanı yetişib. Çin kömək edə bilər. Dünya bunu gözləyir", - prezident yazıb.
 
Bir neçə saat öncə Tramp ilk dəfə olaraq Əsəd rejiminin süqutunu şərh edib.
 
"Suriyada qarışıqlıqdır. Amma bu, bizim dostumuz deyil. Birləşmiş Ştatların bununla işi olmamalıdır. Bu, bizim savaş deyil. Qoy belə də olsun. Biz müdaxilə etməməliyik!".
Seçilən
57
48
moderator.az

10Mənbələr