AZ

Üsyançılar Əsədin lüks maşınlarla dolu qarajına girdi- maşınlar qaçırıldı, evi yağmalandı...

Image

Noyabrın 27-si rejimə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar heç bir müqavimətlə qarşılaşmadan 12 gün ərzində ölkəni nəzarətə götürdü. 61 illik Bəəs rejiminə son qoyan müxalifətin bu addımından sonra Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçdı və onun hara getdiyi hələ məlum deyil.

Rejimin süqutundan sonra müxaliflər və Dəməşq sakinləri Əsədin evinə basqın edib.

Hafiz Əsədin fotoşəkillərini məhv edən izdiham evdəki bütün əşyaları yaşmalayıblar, evdə divandan tutmuş boşqablara qədər hər şey qarət edilib.

Dəməşqin ələ keçirilməsindən sonra prezident Əsədin qarajında çoxlu sayda lüks avtomobil də aşkarlanıb. Müxaliflər Əsədə aid olduğu iddia edilən qarajın videosunu da paylaşıblar.

Qarajda çox sayda lüks maşınlar görünür. Qarət edilən avtomobillər arasında Ferrari, Audi, Mercedes və digər lüks brendlər var.

TAHİR





Seçilən
85
40
baki-xeber.com

10Mənbələr