AZ

Beynəlxalq Parlament Konfransının iştirakçıları Füzuliyə, Şuşaya, Xankəndiyə və Xocalıya səfər ediblər (FOTO)

Bakı. Trend:

Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər”mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransınıniştirakçıları dekabrın 8-də Azərbaycanın işğaldan azad edilmişərazilərinə səfər ediblər.

Trend xəbər verir ki,nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov,komitə sədrləri Polad Bülbüloğlu, Əhliman Əmiraslanov, SəmədSeyidov, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiətediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanınagəliblər.

Qonaqları qarşılayan Ağdam, Füzuli və Xocavənd rayonlarındaAzərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlarahava limanı barədə məlumat veriblər. Sonra Füzuli şəhərinə gələnBeynəlxalq Parlament Konfransının iştirakçıları burada ermənibarbarlığının izləri ilə tanış olublar. Qonaqlara Füzulidə görülənvə görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsibarədə də məlumat verilib.

Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarınaqayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayışməhəlləsində məskunlaşırlar.

Şuşaya gələn qonaqları burada Azərbaycan RespublikasıPrezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovqarşılayıb. Xüsusi nümayəndə qonaqlara Şuşa şəhərinin tarixi, işğaldövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin vəBirinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətialtında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrinbərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.

Qonaqların Şuşa ilə tanışlığı Azərbaycanın tanınmışşəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəyliningüllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanındanbaşlayıb. Nümayəndə heyəti sonra Bülbülün ev-muzeyi, qala divarlarıilə tanış olublar.

Parlamentarilər “İsa Bulağı”na və “Xan qızı” bulağına da başçəkiblər.

Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər. AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlaraXankəndi şəhəri haqqında məlumat verib. Qonaqlar Xankəndi şəhəri,Xankəndi şəhər meydanı və buradakı Qarabağ Universiteti ilə tanışolublar.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqlarısalamlayaraq bildirib ki, universitetdə tədrisin və elmiaraşdırmaların həyata keçirilməsi üçün dövlət tərəfindən hər cürşərait yaradılıb.

Qonaqlar universitetin auditoriyalarını, laboratoriya vəkitabxanasını gəzərək yaradılan şəraitlə tanış olub, tələbələrləsöhbət edib, sonra Xocalıya yola düşüblər.

Xocalı şəhərində gələn səfər iştirakçılarına ermənilərin buradatörətdikləri vəhşiliklər, Xocalı soyqırımı, işğaldan azadedildikdən sonra burada aparılan bərpa-quruculuq işləri barədəməlumat verilib.

Səfər zamanı qonaqlar onları müşayiət edən media nümayəndələrinəmüsahibələr veriblər, səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Bununla da səfər başa çatıb.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Seçilən
33
13
az.trend.az

10Mənbələr