Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“İpsviç Taun” doğma meydanda “Bornmut”a uduzub.
Səfərdə “Fulhem”lə qarşılaşan “Arsenal” xal itkisi ilə üzləşib. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Dörd qolun qeydə alındığı “Lester Siti” – “Brayton” matçında da heç-heçə qeydə alınıb.
Bu gün həm də “Tottenhem” “Çelsi”ni qəbul edib. Dramatik və məhsuldar keçən London derbisi “zadəganlar”ın səfər qələbəsi ilə yekunlaşıb.
15-ci turun qalan görüşləri dekabrın 8-də və 9-da keçiriləcək.
İngiltərə, Premyer Liqa
15-ci tur
7 dekabr
Everton – Liverpul oyunu təxirə salınıb
Aston Villa – Sauthempton 1:0
Qol: Duran, 24.
Brentford – Nyukasl 4:2
Qollar: Mbeumo, 8. Vissa, 28. Kollinz, 56. Şade, 90 – A.İsak, 11. Barnes, 32.
Kristal Pelas – Mançester Siti 2:2
Qollar: Munyos, 4. Lakrua, 56 – Haland, 30. R.Lyuis, 68.
Mançester Yunayted – Nottingem Forest 2:3
Qollar: Höylund, 18. B.Fernandes, 61 – Milenkoviç, 2. Gibbs-Uayt, 47. Vud, 54.
8 dekabr
Fulhem – Arsenal 1:1
Qollar: R.Ximenes, 11 – Saliba, 52.
İpsviç Taun – Bornmut 1:2
Qollar: Çaplin, 21 – E.Ünal, 87. Uattara, 90+5.
Lester Siti – Brayton 2:2
Qollar: Vardi, 86. De Kordova, 90+1 – Lampti, 37. Minteh, 79.
Tottenhem – Çelsi 3:4
Qollar: Solanke, 5. Kuluşevski, 11. Son, 90+6 – Sanço, 17. Palmer, 61; 84. E.Fernandes, 73.
9 dekabr
00:00. Vest Hem – Vulverhempton