AZ

Azərbaycanlı prodüserin layihəsi “Ən yaxşı serial” seçildi

50-ci dəfə keçirilən Pantene Altın Kelebek mükafatlarında azərbaycanlı prodüser Müşviq Quluzadənin layihəsi iki ödülə layiq görülüb.

OLAY yazır ki, gecədə iş adamın sahibi olduğu MGX filmin istehsalı olan “Prens” serialı “Ən yaxşı komediya serialı”, baş qəhrəman Giray Altınok isə “Ən yaxşı komediya aktyoru” mükafatını qazanıb.

Bir komanda olaraq təşəkkür etmək üçün çox insan var, çox həyəcanlıyam, mükafat çox qəribə bir şeydir, demək istəyirəm ki, alqışlarla yanaşı, insanların etdiklərinizin gözəlliyini bəyənməsi çox gözəldir.

“Prens”i ərsəyə gətirənlərə təşəkkürümü bildirirəm. Prodüserimiz Müşfiq Quluzadə, MGX filmə, Abdullah Bulut, aktyor dostlarım, canım atam, canım anam, hər yıxılanda əlimdən tutub məni qaldıran əziz həyat yoldaşıma və 3 aylıq oğluma təşəkkür edirəm. Oğlu Emirin, daha yaxşı bir insan olmaq üçün doğulduğuna inanıram.

İcazə versəniz, mən bu mükafatı təkcə öz adımdan deyil, həm də bu gün bu ölkədə yumor düzgün şəkildə təqdim etməyə çalışan, hal-hazırda evdə, ofislərdə insanların gülümsəməsi üçün zarafatlar edən və bu zarafatları etməzdən əvvəl 2 dəfə düşünmək məcburiyyətində qalan bütün yumorist dostlarımın adından qəbul edirəm”, - deyə, Giray mükafatını alarkən bildirib.

Qeyd edək ki, serialın üçüncü sezonu 2025-ci ildə yayımlanacaq.


Seçilən
109
36
olay.az

10Mənbələr