AZ

İsrail ordusu Suriyaya daxil olub - 50 ildən sonra İLK DƏFƏ

İsrail ordusu 50 ildən artıq müddət sonra ilk dəfə Colan təpələri xaricindəki Suriya ərazisinə daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti iki İsrail rəsmisinə istinadən yazıb.

 

Məqalədə deyilir ki, həftə sonu İsrail quru qoşunları demilitarizasiya zonasından kənara çıxıb.

 

 

"Bu, onların Yom Kippur müharibəsindən sonra (1973-cü ildə – Red.) Suriya ərazisində ilk açıq mövcudluğu idi.

 

Məlumata görə, İsrail hakimiyyəti Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı Suriya müxalifətinin Colan təpələri yaxınlığındakı hərbi obyektlərə də nəzarəti ələ keçirə və daha sonra İsrailə qarşı istifadə edə biləcəyindən ehtiyat edir.

 

Bundan əvvəl İsrail ordusu Suriyanın cənubundakı beş sərhəd yaşayış məntəqəsinin sakinlərini təhlükəsizlik məqsədilə çölə çıxmamağa çağırıb. İsrailin “Kan” dövlət telekanalının məlumatına görə, dünən, dekabrın 8-də Suriya ordusu bufer zonadakı mövqelərini tərk etdikdən sonra İsrail hərbçiləri Hermon dağındakı Suriya forpostunu ələ keçiriblər.

 

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Seçilən
41
27
modern.az

10Mənbələr