AZ

İzmirdə dəniz daşdı, yolları su basdı - Foto

İzmirin Karşıyaka və Konak rayonlarında leysan yağışlarından sonra dənizin daşması nəticəsində yolları su basıb, çoxlu sayda iş yeri, mənzil və mağaza su altında qalıb.

Axar.az xəbər verir ki, çoxsaylı vətəndaşlar avtomobillərini su altında qalmaqdan xilas etməyə çalışıb.

Su basan əyləncə məkanından çıxa bilməyən musiqiçilər yanğınsöndürənlərdən kömək istəyib. Əraziyə cəlb olunan yanğınsöndürənlər rezin qayıqla musiqiçiləri xilas ediblər.

İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən edilən açıqlamada şəhərdə dəniz səviyyəsinin 1 metr artdığı bildirilib.

Açıqlamada bələdiyyənin bütün şəxsi heyəti və texnikası ilə insanların can və mallarının təhlükəsizliyini təmin etmək üçün fədakar mübarizə apardığı vurğulanıb.

phrase_var_article.chosen
243
5
axar.az

10phrase_var_article.sources