ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD terror təşkilatına aid olduğu bilinən düşərgələri vurub.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı rəsmi sosial media hesabından Suriyadakı fəaliyyətləri ilə bağlı açıqlama verib.
Açıqlamada Suriyanın mərkəzi bölgələrində İŞİD-ə aid olduğu məlum olan ərazilərə hava zərbələri endirildiyi bildirilib.
ABŞ Hərbi Hava Qüvvələrinə aid müxtəlif təyyarələr vasitəsilə 75-dən çox hədəfin vurulduğu, hücumlarla bağlı zərər qiymətləndirmə işlərinin davam etdiyi və mülki itkilərin olmadığı bildirilib.
Milli.Az