AZ

Taylandlı müğənni masaj seansından sonra həyatını itirdi – ÖZƏL

Luk Thung və Mor Lam janrlarında ifaları ilə tanınan Taylandlı müğənni Çayada Prao-xom masaj seansından sonra yaranan ağırlaşmalar səbəbindən dünyasını dəyişib. 

Olaylar.az xəbər verir ki, o, bel ağrılarını yüngülləşdirmək üçün Udonxani əyalətindəki masaj salonuna müraciət edib. Lakin seanslardan sonra müğənni ciddi narahatlıq hiss edib.

Masaj prosedurlarından sonra Çayadada uyuşma, şiddətli ağrı və hərəkət məhdudiyyəti yaranıb. Həkimlərin diaqnozuna əsasən, qan zəhərlənməsi və beyin şişməsi müğənninin həyatını itirməsinə səbəb olub.

Bu hadisə ilə bağlı Tayland rəsmiləri müğənninin müraciət etdiyi masaj salonunda yoxlamalar aparmağa qərar verib. Təhlükəsizlik standartlarının pozulub-pozulmadığını araşdırmaq məqsədilə təhqiqat başladılıb. Lakin salonun adı və dəqiq yeri istintaqın davam etməsi səbəbindən açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
2
olaylar.az

5Mənbələr