AZ

YAŞAT Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

Son 4 ildə YAŞAT Fonduna daxil olan vəsait 91 537 792.07 manat təşkil edib. Bu barədə fondun rəhbəri Elvin Hüseynov deyib. 
 
O bildirib ki, hesabat dövründə xərclənən vəsait 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat olub. 
 
Fond tərəfindən son 4 il ərzində 25 mini əhatə edəcək 56 sosial layihə icra olunub.  

 
"YAŞAT" Fondu 2020-ci il dekabrın 8-də İlham Əliyevin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında əsas məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlar nəticəsində yaralanmış şəxslərə dəstək olmaqdır.
 
Aytac 

www.anews.az
phrase_var_article.chosen
60
anews.az

1phrase_var_article.sources