AZ

ABŞ Suriyada İŞİD-ə qarşı hava hücumları təşkil etdiyini açıqlayıb

Bakı, TurkicWorld

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın mərkəzində İŞİD-ə qarşı onlarla hava zərbəsi həyata keçirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki. CENTCOM-un məlumatına görə, hücumlar təşkilatın Suriyadakı mövcud vəziyyətdən sui-istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır.

Bəyanatda "dəqiq hava zərbələri"nin B-52 bombardmançıları, F-15 qırıcıları və A-10 döyüş təyyarələri vasitəsilə həyata keçirildiyi bildirilib. Əməliyyat zamanı İŞİD-in düşərgələri və elementləri hədəf alınıb.

CENTCOM mülki itkilərin qeydə alınmadığını və hücumların təsirinin qiymətləndirilməsinin davam etdiyini vurğulayıb.

phrase_var_article.chosen
43
turkic.world

1phrase_var_article.sources