AZ

Məşhur reper 13 yaşlı qıza təcavüzdə ittiham olundu

Tanınmış amerikalı reper Cey-Zi 13 yaşlı qıza təcavüz etməkdə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə "NBC news" məsələyə dair iş materiallarına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunub ki, Cey-Z bu əməli barəsində söz-söhbətlərin səngimədiyi prodüser P.Diddi ilə birgə törədib.

Təcavüzə məruz qaldığını iddia edən Ceyn Do, hadisənin 2000-ci ildə "MTV Video Musiqi Mükafatları"na həsr olunan ziyafətdən sonra baş verdiyini bildirib.

"NBC"nin məlumatına görə, sözügedən şəxs hətta gizli razılaşmanı özündə əks etdirən sənədə də qol çəkib.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

Səsləndirilən ittihamı "axmaqlıq" adlandıran Cey-Zi baş verənlərin ona qarşı yönəlmiş təhdid xarakterli hərəkət olduğunu diqqətə çatdırıb.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
39
teleqraf.com

1Mənbələr