AZ

Suriyada baş verən hadisələr Türkiyəyə ümid işığı oldu

Türkiyə suriyalıların təhlükəsiz və könüllü şəkildə geri qayıtmaları üçün əlindən gələni edəcək.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XV Səfirlər Konfransının rəsmi açılış mərasimindəki nitqində deyib.

H.Fidan Suriyada baş verən hadisələrin Türkiyəyə ümid işığı verdiyini bildirib:

“Biz prosesin başından bəri hər zaman eyni fikri ifadə edirdik. Suriyada sülh və sabitlik yalnız beynəlxalq konsensusla əldə olunacaq. Mövcud rejim öz xalqı ilə barışmağa çalışmırdı, buna səy göstərmirdi”.

Türkiyənin xarici işlər naziri müxtəlif etnik qrupların bir yerdə yaşadığı Suriyanı xəyal etdiklərini qeyd edib.

Seçilən
26
1
sabahinfo.az

2Mənbələr