AZ

Suriya müxalifətinin lideri Colani kimdir? – DETALLAR

Muhammed Colani sosial media gündəminin ən maraqlı və araşdırılan adlarından birinə çevrilib. Heyət Təhrir əş-Şamın (HTŞ) lideri Məhəmməd Colaninin həyatı ilə bağlı məlumatlar Suriyada Əsəd rejiminin süqutunda böyük rol oynadığı üçün sorğu-sual olunmağa başlayıb.

Tribunainfo.az Suriya müxalifətinin lideri Colani barədə məlumatları təqdim edir.

Məhəmməd Colani 1982-ci ildə Səudiyyə Ərəbistanında mühacirətdə olan suriyalı ailənin oğlu olaraq anadan olub. Əsl adı Əhməd Hüseyn əl Şara, təxəllüsü isə Əbu Muhammed Əl Colani olaraq tələffüz olunur.

Ailəsi 1967-ci ildə müharibə zamanı Qolan təpələrindəki evlərini tərk etmək məcburiyyətində qalıb. Ona görə də o, Colani təxəllüsündən istifadə edir.

1980-ci illərin sonlarına doğru ailəsi Suriyaya qayıdıb. 2003-cü ildə ABŞ işğalına qarşı döyüşmək üçün İraqa gedib və Əl-Qaidəyə qoşulub. O, bir müddət İraqda Amerika həbsxanasında olub. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə ortaya çıxdı. O, Əl-Qaidə ilə əlaqəli Nusra Cəbhəsini yaradıb. Bu təşkilat sonradan “Həyat Təhrir əş-Şam”a çevrildi. Heyət Təhrir əl-Şam (HTŞ) 2016-cı ildə Əl-Qaidə ilə əlaqələrini kəsib. Colani beynəlxalq legitimlik qazanmaq üçün ələ keçirdikləri bölgələrdə daha mütəşəkkil davranmağa və düzgün idarəçilik qurmağa çalışır. Onlar idarə etdikləri torpaqlarda azlıqları qoruyacaqlarına söz verdilər.

42 yaşlı lideri son illərdə radikal kimliyindən daha mötədil bir xəttə keçdiyi mesajını verir. Heyət Təhrir əl-Şam (HTŞ) lideri Əbu Məhəmməd əl-Kolaninin ən böyük məqsədi Suriyada Bəşər Əsədi prezidentlikdən uzaqlaşdırmaq olub.

Qurulduğu zaman Əl-Qaidə ilə əlaqəsi olan, lakin 2016-cı ildə bu strukturu tərk edən HTŞ qüvvələri illərdir qarşıdurmaların böyük ölçüdə dayandığı bir müddətdən sonra noyabrın 27-də digər müttəfiq qruplarla birlikdə hökumət qüvvələrinə qarşı qəfil hücuma keçib və bir neçə gün ərzində ölkənin ikinci böyük şəhəri Hələbə girib.

Uzun illər mübarizəsini gözə çarpmadan aparan Əbu Məhəmməd əl-Colani bu dəfə səhnəyə çıxmış kimi görünür. Beynəlxalq mediaya açıqlamalar verir, müsahibələr verir. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda türbanlı və İslami geyim tərzi ilə görünən Colani zamanla hərbi formaların üstünlük təşkil etdiyi geyim seçimi ilə diqqət çəkməyə başlayıb.

Lakin rəhbərlik etdiyi HTŞ-nin Əl-Qaidədən ayrılmasından sonra daha mötədil bir imiclə görünməyə başlayan Colanın bu münasibəti bir çox ekspertlər və Qərb ölkələrinin hökumətləri tərəfindən inandırıcı görünmür. Bu səbəbdən HTŞ hələ də bu çevrələrdə terror təşkilatı olaraq təyin olunur.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) Tomas Pierret Əbu Məhəmməd əl-Colanini “praqmatik radikal” kimi xarakterizə edir. HTŞ liderinin 2014-cü ildə radikallığının zirvəsində olduğunu ifadə edən Pierret, Colanın o dövrdə İŞİD üzərində üstünlük əldə etməyi hədəflədiyini və sonrakı dövrdə ritorikasını yumşaltdığını bildirir.

1982-ci ildə anadan olan Colani uşaqlığını paytaxt Dəməşqin zəngin məhəllələrindən biri olan Mezzedə keçirib. Varlı bir ailənin övladı olan Colanın məktəbdə yaxşı şagird olduğu bildirilir. Colani HTŞ və müttəfiq qrupların 11 gün əvvəl başlatdığı əməliyyatdan sonra əsl adı Əhməd Əl Şaradan istifadə etməyə başlayıb.

Colanın başçılıq etdiyi HTŞ İdlibdəki gücünü böyük ölçüdə bölgədə əsgərləri olan və köçkün suriyalılara humanitar yardım göndərən Türkiyənin dəstəyinə borcludur. Mütəxəssislər bildirirlər ki, HTŞ-nin Hələbdə oxşar nizamı qura bilməsi Türkiyənin davamlı dəstəyindən asılıdır.

Nəzarəti altında olan ərazilərdə mülki hökumət quran Heyət Təhrir əl-Şam İdlibdə bir növ dövlət qurub, rəqiblərini sıradan çıxarıb. Yerli əhali və bəzi insan haqları təşkilatları tərəfindən bu müddət ərzində rəqiblərinə qarşı çox sərt davranmaqda günahlandırılan HTS, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən də hərbi cinayətlər törətməkdə günahlandırılır.

Ehtimal ki, təşkilatına qarşı hiss olunan nifrət və qorxuya görə HTŞ lideri Colani böyük bir xristian azlığının yaşadığı Hələbə girməzdən əvvəl mülki əhaliyə heç bir zərər verilməyəcəyini açıqlamışdı. Colani həmçinin döyüşçülərinə ələ keçirilən ərazilərdə təhlükəsizliyi təmin etməyi tapşırıb.

Seçilən
50
22
tribunainfo.az

10Mənbələr