AZ

İsrail HƏMAS-ın partlayıcı maddə hazırlayan mobil laboratoriyasını məhv edib

İsrail Müdafiə Qüvvələri Cenin qaçqın düşərgəsindəki HƏMAS-ın partlayıcı maddə hazırlayan mobil laboratoriyasını məhv edib.Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.Terrorçuluqda şübhəli bilinən 5 nəfərin öldürüldüyü, oxşar ittihamlarla axtarışda olan 21 nəfərin həbs edildiyi bildirilib.Ümumilikdə İordaniyanın Qərb Sahilində İsrail Müdafiə Qüvvələri və İsrail Baş Təhlükəsizlik Xidmətinin növbəti əməliyyatı zamanı 29 nəfər həbs edilib.Qeyd edək ki, HƏMAS ilə İsrail arasında müharibə başlayandan bəri 2 mindən çox terrorçu həbs edilib. Onlardan 1100-ə yaxını HƏMAS tərəfdarıdır.Gununsesi.info

phrase_var_article.chosen
790
7
gununsesi.info

10phrase_var_article.sources