AZ

Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq Sazişinə düzəliş Protokolu təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu” təsdiq edilir.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə bildirişin göndərilməsi tapşırılıb.

Seçilən
18
32
vergiler.az

10Mənbələr