AZ

Səməd Seyidov "Diplomatik xidmət haqqında" yeni qanunun zərurətindən danışıb

"Diplomatik xidmət haqqında" qanunun qəbulundan 20 ildən artıq vaxt keçib və bu müddətdə 50-dən çox köklü və əsaslı dəyişikliklər edilsə də, bu zamanın tələbinə cavab verə bilmir.

 

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni hazırlanan qanun layihəsi barədə danışarkən deyib.

O qeyd edib ki, vaxilə Azərbaycanın diplomatik gündəmində olmayan fəaliyyətlər indi vacib məsələyə çevrilib: “Məsələn, beynəlxalq məhkəmələrdə fəaliyyətin təşkil edilməsi bu gün reallıqdır və mütləq bunu nəzərə almalıyıq. Hazırda Azərbaycanın xaricdə 75 səfirliyi, 5 daimi nümayəndəliyi, 1 təmsilçiliyi var. Biz indiyə qədər beynəlxalq təşkilatların içərisində peşəkar diplomatların fəaliyyətını təşkil etməmişik. Bu əvvəlki qanunla mümkün deyildi. İndi isə yeni qanun layihəsində bu, öz əksini tapıb”.

Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov isə əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının ümumi sayı 88-ə çatıb: "Diplomatik fəaliyyət haqqında" qanunun qəbulundan uzun müddət keçdiyinə görə digər normativ hüquqi aktların hazırlanmasında və qəbulunda maneələr yaranırdı. Mövcud hüququi bazanın təklimmləşdirilməsi üçün “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu layihə 5 fəsil, 31 maddədən ibarətdir. Layihə qəbul edildikdə 2001-ci ildə qəbul olunan köhnə qanun ləğv edilməlidir”.

Seçilən
29
1
ikisahil.az

2Mənbələr