Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.
Sitat.info xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub.
R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.