AZ

Suriyada keçid hökumətinə o başçılıq edəcək

Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub.

R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.

Seçilən
18
8
yenicag.az

9Mənbələr