AZ

Dördqat dünya çempionu ictimai işlərə məhkum edildi

"Formula 1" üzrə dördqat dünya çempionu Maks Ferstappen Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ictimai işlərə məhkum edilib.

Bakıvaxtı.az FIA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb onun sentyabrın 19-da pilotların yığıncağında nalayiq ifadələr işlətməsi olub.

"Red Bull"un 27 yaşlı niderlandlı pilotu cəzasını Ruandanın paytaxtı Kiqalidə çəkəcək. O, FIA-nın mükafatlandırma mərasimində iştirak edəcək və paralel olaraq gənc sürücülər üçün təlim məşğələləri keçəcək.

Qeyd edək ki, M.Ferstappen noyabrda Las-Veqas Qran-prisində qalib gələrək ardıcıl dördüncü çempionluğunu qazanıb.

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr