Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 % artaraq 3,9 milyon manatdan çox olub. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 16,7 % artaraq 25,6 milyon manat təşkil edib.