AZ

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 26 % artıb

Heydər Əliyev Beynəlxalq Aeroportu bu ilin noyabrında 595 min sərnişinə xidmət göstərib. Aeroportdan SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur.

Məlumata görə, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 549 min nəfərə çatıb ki, bunun 51 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Ən çox sərnişin daşınan istiqamətlər İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi və Ankara olub, bu marşrutlar üzrə ümumi sərnişin sayı 269 min nəfərdən çoxdur.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 49 610 sərnişinə xidmət göstərilib. Bu istiqamətdə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 %-lik artım (520 uçuş) nümayiş etdirib, lakin sərnişinlərin sayında 10%-lik azalma müşahidə olunub.

Tranzit sərnişinlərin sayı isə ötən ilin noyabr ayı ilə müqayisədə 55 % artaraq 21 674 nəfərə çatıb. Bu göstəricilər Heydər Əliyev Beynəlxalq Aeroportunun qlobal tranzit mərkəzi statusunu daha da möhkəmləndirdiyini təsdiqləyir.

Bakı aeroportu, sərnişinlərə yüksək xidmət keyfiyyəti təqdim edərək və beynəlxalq hava nəqliyyatında müasir standartlara uyğunlaşaraq, regionun dinamik və etibarlı nəqliyyat mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir.

Seçilən
34
18
sia.az

10Mənbələr