“Qərb Qafqaz regionunda vəziyyətə mənfi təsir göstərir”.
Musavat.com xəbər verir ki, bu sözlər Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev tərəfindən səslənib.
“Qərb Qafqaz regionunda qeyri-sabitliyi gücləndirir. Əfqanıstandan narkotik təhlükəsinin, terrorizmin və ekstremizmin yayılması risklərinin səngimədiyi Mərkəzi Asiya regionunda vəziyyət gərgin olaraq qalır”, - deyə Vasilyev bildirib.
O, həmçinin Rusiya və Belarus sərhədləri yaxınlığında NATO-nun fəaliyyətinin artırılmasına, o cümlədən nüvə silahı sistemlərinin mümkün yerləşdirilməsinə işarə edib.
Qeyd edək ki, Rusiyanın KTMT-dəki müttəfiqi sayılan Ermənistan 3 ildən çoxdur ki, təşkilatı rəsmi şəkildə boykot edib və onun heç bir tədbirində yer almır.
Musavat.com