Dekabrın 9-da Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz uçan aparat Belqorod vilayətinə zərbələr endirib.
Oxu24.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Valuysk rayonunun Dvuluçnoye kəndi ərazisində partlayıcı qurğunun drondan hərəkətdə olan avtomobilin üzərinə atılması nəticəsində üç nəfər xəsarət alıb”, - deyə vilayət başçısı yazıb.
İki qadın və bir kişinin mina partlayışı və üz nahiyəsindən xəsarət aldığı bildirilir. Zərərçəkənlər Valuysk xəstəxanasına çatdırılıb, onlara lazımi bütün yardımlar göstərilir.
Nigar