"Qalatasaray" "Sivasspor" ilə matçda zədələnən Osimhen və Barış Alper Yılmazın son vəziyyəti ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" futbolçuların müalicəsinə başlanıldığını qeyd edib:
"Osimhenin sağ üst əzələ qrupunda orta dərəcədə dartınma və qanaxma aşkarlanıb. Barış Alper Yılmazda isə sol dizin daxili yan bağlarında dartınma, sol ayaq biləyinin deltoid bağında orta dərəcədə dartınma, topuq sümüklərində qanaxma və ödəm müəyyən edilib".