AZ

HƏMAS: Biz Suriya xalqının azadlığa nail olma uğurunu qeyd edirik

Həmas Hərəkatı Suriyada 61 illik Baas rejiminin devrilməsi münasibətilə Suriya xalqını təbrik edib.

Oxu24.com xəbər verir  ki,HƏMAS-ın verdiyi açıqlamada Suriya xalqının iradəsinə və siyasi üstünlüklərinə hörmət edildiyi bildirilib.

Bəyanatda "İslami Müqavimət Hərəkatı HƏMAS qardaş Suriya xalqını azadlıq və ədalət istəklərini reallaşdırmaqda əldə etdikləri uğurlara görə təbrik edir. Bütün Suriya xalqını öz sıralarını birləşdirməyə, daha böyük milli həmrəylik nümayiş etdirməyə və keçmişin ağrılarına qalib gəlməyə çağırırıq". 

Bəyanat belə davam edib:

"Həmas və Fələstin xalqı olaraq biz böyük Suriya xalqının yanındayıq. Biz Suriyanın birliyi, ərazi bütövlüyü və Suriya xalqına, onun iradəsinə və müstəqilliyinə hörmətin zəruriliyini vurğulayırıq.

Biz sionist işğalçılarının Suriya ərazisinə təkrar vəhşi hücumlarını qəti şəkildə pisləyirik. Biz Suriya xalqını və onların torpaqlarını hədəf alan hər hansı sionist planının və ya hədəfinin qəti əleyhinəyik”.

 

Nigar

 

Seçilən
25
1
oxu24.com

4Mənbələr