AZ

Rumıniya və Bolqarıstan Şengen sazişinə qoşula biləcək

Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetonu ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Gerhard Karner deyib.

Bildirilib ki, Avstriya Rumıniya və Bolqarıstanın Şengen sazişinə tam qoşulmasına imkan verəcək.

Onun sözlərinə görə, Şengen əraziləri daha bu ölkələr üçün də açıqdır.

Qeyd olunub ki, Avstriya cümə axşamı (12 dekabr) Brüsseldə Avropa İttifaqı Daxili İşlər Nazirləri Şurasında Bolqarıstan və Rumıniyanın Şengen sazişinə tam qoşulmasına razılıq verəcək.

Seçilən
64
6
ikisahil.az

8Mənbələr