Ermənistan və Azərbaycan hər iki tərəf üçün uyğun qərarlar verə bilər.
Azadmedia.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan kommunikasiyaların açılması məsələsindən danışarkən deyib.
Belə ki, "Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik", - deyə Mirzoyan qeyd edib