AZ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Ötən gün Yaponiyada açıqlanan statistik məlumatlar fonunda USD/JPY valyuta cütlüyü 149.680 səviyyəsindən artmağa başladı və bugün səhər saatlarında artıq 151.500 səviyyəsinə qədər bahalaşdı. Hal-hazırda cütlük 151.130 həddində ticarət olunur. Belə ki, hökumətin verdiyi məlumata əsasən, ölkə iqtisadiyyatı ikinci rüb ilə müqayisədə üçüncü rübdə 0.3% böyüyüb. Üçüncü rüb üzrə istehlak xərcləri 0.7%, dövlət xərcləri isə 0.1% artıb. Eyni zamanda, biznes sektorunda kapitalın qoyuluş əcmləri 0.1% azalıb.

Bugün Avstraliya Ehtiyatlar Bankı (RBA) faiz qərarını açıqladı. Tənzimləyici qurumun verdiyi qərarə əsasən uçot dərəcəsi 4.35% səviyyəsində saxlanıldı. Qeyd etmək lazımdır ki, RBA-nın verdiyi qərarın ərəfəsində və sonrasında AUD/USD cütlüyü 0.6380 həddindən 0.6470 həddinə kimi kəskin şəkildə bahalaşandan sonra, yenidən 0.6380 həddinə qədər kəskin ucuzlaşıb. 

Bugün Bakı vaxtı ilə saat 11:00-da Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Analitiklərin fikrincə noyabr ayında göstərici aylıq ifadədə -0.2%, illik ifadədə isə 2.2% təşkil edib. Həmçinin, bugün ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Məhsuldarlıq və Əmək Xərcləri göstəriciləri açıqlanacaq. Əlavə olaraq, bugün “OPEC”-in və Avroqrupun toplantılarının keçirilməsi gözlənilir.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. 

Seçilən
49
1
marja.az

2Mənbələr